• Bakı 16° C

    6.61 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

"Kişmiş" restoranında YANĞIN - YENİLƏNİB - VİDEO

HADİSƏ

16 Noyabr 2026 | 16:03 | Müəllif: Əli Hüseynov

"Kişmiş" restoranında YANĞIN - YENİLƏNİB - VİDEO

Bakı şəhərinin Binəqədi rayonu, Atatürk prospektində yerləşən obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, sözügedən məkan "Kişmiş" restoranıdır.

***

15:44

Bakı şəhərinin Binəqədi rayonunda yerləşən Obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, sözügedən məkan "Kişmiş" restoranıdır.

Qeyd edək ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olan məlumat əsasında Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri hadisə yerinə göndərilib.

Hazırda hadisənin səbəbləri və nəticələri ilə bağlı əlavə məlumat gözlənilir.

Mahir AXUND

***

15:21

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, Atatürk prospektində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

    Hazırda yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər görülür.

    Əlavə məlumat veriləcək.

     


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    18 Noyabr 2026