• Bakı 12° C

    2.1 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Azərbaycanda baş verən dəhşətli hadisənin TƏFƏRRÜATI: Azyaşlının bütün bədəni... - VİDEO

HADİSƏ

13 May 2024 | 20:12 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda baş verən dəhşətli hadisənin TƏFƏRRÜATI: Azyaşlının bütün bədəni... - VİDEO

Paytaxtın Lökbatan qəsəbəsi, “Qobu park-2” yaşayış massivində mayın 11-i axşam saatlarında 11 yaşlı Zeynəb Süleymanova sahibsiz küçə itlərinin hücumuna məruz qalıb.

Bakıvaxtı.az xəbər verir ki, 11 yaşlı qız ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Azyaşlının nənəsi bildirib ki, qonşuları son anda uşağı itdən xilas ediblər:

“İt əlindən hərəkət etməyə yer tapmırıq. Üç it uşağı elə günə qoyub ki, görsəniz, ağlayarsınız. Başını, qolunu, qolunun altı tərəfini yeyib, bədənində elə yer yoxdur ki, it dişləməsin”.

Kliniki Tibbi Mərkəzdən bildirilib ki, uşağın müalicələri stasionar şəraitdə davam etdirilir, ona zəruri tibbi xidmətlər göstərilib. Xəstəyə quduzluq əleyhinə peyvənd vurulub, vəziyyəti stabildir.

Daha ətraflı Baku TV-nin süjetində:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026
03 Oktyabr 2026