• Bakı 14° C

    1.61 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Ölkəyə 19 kq narkotik gətirən şəxs saxlanıldı

HADİSƏ

12 Iyun 2024 | 13:50

Ölkəyə 19 kq narkotik gətirən şəxs saxlanıldı

Ölkəyə qaçaqmalçılıq yolu ilə 19 kiloqram marixuana gətirən daha bir narkokuryer saxlanılıb.

Bakıvaxtı.az DİN-ə istinadən xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən paytaxt ərazisində keçirilən növbəti tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş 1990-cı il təvəllüdlü Tural Nəsirli saxlanılıb. Onun əlindəki polietilen torbadan tərkibi psixotrop maddələrlə zənginləşdirilən 19 kiloqram marixuana aşkarlanıb.

T.Nəsirli narkotik vasitəni İran vətəndaşı "Mahmud" adlı şəxsin vasitəsi ilə Qaradağ rayonu ərazisində gizlədilən yerdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Oktyabr 2026