• Bakı 14° C

    7.9 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Cinayət törədən 31 nəfər saxlanıldı

HADİSƏ

12 Iyul 2024 | 10:31

Cinayət törədən 31 nəfər saxlanıldı

İyulun 11-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 131, o cümlədən borclu şəxs qismində axtarışda olan 106 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Oktyabr 2026