• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Şəkidə 29 yaşlı qadın itkin düşüb

HADİSƏ

12 Iyul 2024 | 12:20 | Müəllif: Əli Hüseynov

Şəkidə 29 yaşlı qadın itkin düşüb

Şəki rayon sakini itkin düşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə  DİN məlumat verib.

Bildirilib ki, Şəki rayonunun Oxud kənd sakini, 1995-ci il təvəllüdlü Abidova Aytən Tahir qızı iyulun 9-da yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

    Məlumatda sonuncu dəfə evdən gedərkən üzərində şabalıdı rəngli cins şalvar, qara rəngli köynək və qara idman ayaqqabısı olduğu qeyd edilib.

    Açıqlamada diqqətə çatdırılıb: 

     “Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Şəki Şəhər Rayon Polis Şöbəsinin (024)244-25-50 şəhər və 055-628-00-84 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur”. / APA 

     

     


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    19 Noyabr 2026