• Bakı 14° C

    8.98 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Rabitəçini elektrik cərəyanı vuraraq öldürüb

HADİSƏ

12 Iyun 2024 | 13:16

Rabitəçini elektrik cərəyanı vuraraq öldürüb

Lənkəran rayonunda rabitəçini elektrik cərəyanı vuraraq öldürüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Gərmətük qəsəbəsində baş verib.

Belə ki, "Aztelekom"un əməkdaşı, rayonun Mamusta kənd sakini, 1992-ci il təvəllüdlü Cəmil Zöhrab oğlu Həsənov internet xətti çəkərkən ehtiyatsızlıq edib və yüksək gərginlikli elektrik xətlərinə toxunub.

Nəticədə yüksək gərginlikli elektrik cərəyanı onu vurub.

C.Həsənov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkiməqədər ölüm faktı qeydə alınıb. Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Oktyabr 2026