q
  • Bakı 11° C

    9.97 m/s

  • USD - 1.7

    EUR - 1.9935

    RUB - 2.2576

AMEA-nın vəzifəli şəxsi dünyasını dəyişdi - FOTO

CƏMİYYƏT

28 Aprel 2026 | 13:03

AMEA-nın vəzifəli şəxsi dünyasını dəyişdi - FOTO

Azərbaycan Milli Elmləri Akademiyasının (AMEA) vəzifəli şəxsi dünyasını dəyişib.

Bakıvaxtı.az-ın Oxu.Az-a istinadən məlumatına görə, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru Yusif Şükürlü bu gün İstanbul Memorial Hospitalında vəfat edib. O bir müddət əvvəl müalicə məqsədilə Türkiyəyə aparılmışdı.

Y.Şükürlü 1948-ci ildə Şəki rayonunun Baş Şabalıd kəndində anadan olub. O, Bakı Dövlət Universitetinin Fizika fakültəsində təhsil alıb. 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. Fizika-riyaziyyat elmləri namizədi olan Y.Şükürlü 2014-cü ildən AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru işləyib.

Çox sayda elmi məqalənin, kitab və monoqrafiyaların, patentlərin və ixtiraların müəllifi olub. 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Tərəqqi" medalı ilə təltif edilib.


SON XƏBƏRLƏR