q
  • Bakı 11° C

    9.97 m/s

  • USD - 1.7

    EUR - 1.9935

    RUB - 2.2576

Şəmkirdə 28 qoyun yanaraq tələf olub

CƏMİYYƏT

28 Aprel 2026 | 13:19

Şəmkirdə 28 qoyun yanaraq tələf olub

Şəmkir rayonunun Sabirkənd kəndində tövlə yanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, kənd sakini, 1993-cü il təvəllüdlü Telman Əliyevə məxsus, sahəsi 60 kvadratmetr olan tövlədə yanğın qəfil başlayıb.

Daha sonra alov yaxınlıqda yerləşən, 1978-ci il təvəllüdlü Fərqanə Məmmədovaya məxsus tövləyə də keçib. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri alovu söndürüb.

Yanğın nəticəsində Telman Əliyevə məxsus tövlə tamamilə yanıb. Tikilidə olan 30-a yaxın qoyundan 28-i yanaraq tələf olub.

Həmçinin, alovun keçdiyi Fərqanə Məmmədovaya məxsus, sahəsi 70 kvadratmetr olan tövlənin yanar konstruksiyaları da yanıb. Hadisə zamanı xəsarət alan olmayıb. Təsərrüfat sahiblərinə ciddi maddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR