• Bakı 18° C

    1.7 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

ABŞ təyyarələrinin İtaliyaya enişinə icazə verilmədi

DÜNYA

31 Mart 2026 | 13:47

ABŞ təyyarələrinin İtaliyaya enişinə icazə verilmədi

İtaliya Yaxın Şərq əməliyyatlarına qatılmaq üçün regiona uçan ABŞ hərbi təyyarələrinin Siciliyadakı “Siqonella” bazasına enməsinə icazə verməyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters“ məsələdən xəbərdar olan mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, bir neçə ABŞ bombardmançı təyyarəsi Yaxın Şərqə uçuşu zamanı bazaya enməli idi. Mənbə bildirib ki, ABŞ əvvəlcədən enişə rəsmi icazə üçün müraciət etməyib və İtaliyanın hərbi rəhbərliyi ilə məsləhətləşmələr aparılmayıb. Bu ölkədəki ABŞ hərbi obyektlərinin istifadəsini tənzimləyən müqavilələrə zidd olduğundan enişə icazə verilməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026