• Bakı 17° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

ABŞ-ın İrana qarşı müharibədə xərcləri açıqlanıb

DÜNYA

30 Aprel 2026 | 09:38 | Müəllif: Əli Hüseynov

ABŞ-ın İrana qarşı müharibədə xərcləri açıqlanıb

ABŞ-ın İrana qarşı apardığı müharibənin indiyədək 25 milyard dollara başa gəlib.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə Pentaqonun yüksək vəzifəli rəsmisi Konqresdə keçirilən dinləmələr zamanı məlumat verib.

    Məlumata görə, xərclərin böyük hissəsi hərbi sursatlara yönəlib. Bununla belə, təqdim olunan məbləğin hansı detalları əhatə etdiyi, xüsusilə Yaxın Şərqdə zərər görmüş hərbi infrastrukturun bərpası xərclərinin daxil edilib-edilmədiyi açıqlanmayıb.

    ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində çıxış edən rəsmilər bu rəqəmin ilk rəsmi qiymətləndirmə olduğunu bildirib. Komitənin aparıcı demokrat üzvü Adam Smit isə uzun müddətdir belə bir rəqəmin açıqlanmasını gözlədiklərini deyib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    10 Oktyabr 2026