• Bakı 15° C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Bu şəxslərə sosial media qadağan edildi - Bu ölkədə

DÜNYA

30 May 2026 | 09:11

Bu şəxslərə sosial media qadağan edildi - Bu ölkədə

Polşada 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılması nəzərdə tutulub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Polşanın Rəqəmsal Məsələlər üzrə Naziri Kşiştof Qavkovski “TVP World”ə bildirib. O qeyd edib ki, yeni qanun layihəsi üzərində iş gedir.

15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsi Polşanın hakim Vətəndaş Koalisiyası alyansının deputatları tərəfindən irəli sürülüb. Layihəni dəstəkləyənlər arasında təhsil naziri Barbara Novaçka da var.

Yeni qanunun sentyabrın 1-də qüvvəyə minməsi gözlənilir.

Qeyd edək ki, Avstraliya keçən il 16 yaşdan kiçiklər üçün sosial medianı qadağan edən ilk ölkə oldu. Danimarka, Fransa, İspaniya, Yunanıstan və Böyük Britaniya kimi Avropa ölkələri də oxşar addımlar atmağa hazırlaşır.


SON XƏBƏRLƏR