• Bakı 15° C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Yaponiya əhalisinin sayında rekord azalma

DÜNYA

30 May 2026 | 09:01

Yaponiya əhalisinin sayında rekord azalma

Yaponiya əhalisi son beş ildə rekord dərəcədə azalıb.

Bakıvaxtı.az-ın "Yomiuri" nəşrinə istinadən xəbərinə görə, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara məlumat verib.

2025-ci il ilkin siyahıyaalınmaya əsasən, Yaponiya əhalisi 123 029 524 nəfər təşkil edir. Göstərici 2020-ci illə müqayisədə təxminən 3.09 milyon azalıb.

"Araşdırmanın yekunlarına görə, əhali 2015-ci ildən bəri ardıcıl üçüncü siyahıyaalmadır ki, azalır, eyni zamanda azalmanın miqyası da maksimum həddə çatıb - 2.5%", - deyə Kihara qeyd edib.

Eyni zamanda Tokio, Kanaqava, Saytamu və Tibu şəhərlərini əhatə edən Tokio regionunun əhalisi əvvəlki siyahıyaalma ilə müqayisədə 71 000 nəfər artaraq, 36 986 000 nəfərə çatıb. Bu artım Okinava prefekturasında da qeydə alınıb (0.1%).

Minoru Kihara bildirib ki, hökumət əhalinin azalması ilə mübarizə tədbirlərini davam etdirəcək. Hakimiyyət orqanları doğum nisbətini dəstəkləyəcək, regionlarda iş yerləri yaradacaq, iqtisadiyyatı inkişaf etdirəcək və gənclərin əməkhaqqını artıracaq.


SON XƏBƏRLƏR