Bir çox insan isti havalarda paltarsız yatmağın daha sərinləşdirici olduğunu düşünür. Lakin mütəxəssislər xəbərdarlıq edir: bu vərdiş əks təsir göstərə bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Mirror” məlumat yayıb.
Ekspertlərin sözlərinə görə, istilərdə insanlar tez-tez soyunaraq yatmağa üstünlük verirlər. Amma "Love And Love Factory” qrupunun mütəxəssisləri bildirirlər ki, bu, əslində ən yaxşı seçim deyil.
"Düşünürsünüz ki, paltarsız yatmaq sizi sərin saxlayır, amma əksinədir — tər bədənə yapışır”, deyə onlar qeyd ediblər.
Mütəxəssislər izah edir ki, yuxu zamanı orqanizm aktiv şəkildə tərləyir və parça olmadıqda nəm birbaşa dəridə qalır. Bu isə bədənin düzgün soyumasına mane olur və narahatlıq yaradır. Bundan əlavə, həddindən artıq tərləmə gecə susuzlaşma riskini artıra bilər.
Ekspertlər paltarsız yatmaq əvəzinə pambıq, bambuk, ipək və ya evkalipt lifindən hazırlanmış yüngül və nəfəs alan geyimlərdən istifadə etməyi tövsiyə edirlər. Bu materiallar nəmliyi daha yaxşı çəkir və bədənin təbii soyumasına kömək edir.
Psixoloq və rifah mütəxəssisi Syuzi Riddinq də qeyd edir ki, yüngül və boş pijama geyinmək çox vaxt çılpaq yatmaqdan daha rahat olur. Onun sözlərinə görə, parça nəmliyi uzaqlaşdırır və bədən temperaturunu sabit saxlayır.
Digər səbəb isə gecə temperaturunun düşməsi ilə bağlıdır. Gün ərzində isti olsa da, gecələr hava soyuyur və yüngül geyim temperatur dəyişikliklərinə qarşı qoruma yaradır, yuxunun keyfiyyətini yaxşılaşdırır.
Bakı 




