• Bakı 13° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

10 yaşlı Editor.az

MEDİA

24 Noyabr 2022 | 13:54 | Müəllif: Qalib İbrahimoğlu

10 yaşlı Editor.az

Editor.az informasiya portalı 10 yaşını qeyd edir.

Bakıvaxtı.az xəbər verir ki, informasiya portalı 2012-ci ildən fəaliyyətə başlayıb. Elə ilk dövrdən Editor.az ölkənin internet media məkanında özünəməxsus yer və nüfuz qazana bilib. İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır.

Dəqiq və qərəzsiz xəbərlər, hadisələrə obyektiv mütəxəssis və ekspertlər rəyləri təqdim etmək siyasətini həyata keçirən Editor.az, eləcə də xəbərlərində mütəmadi olaraq ölkənin tanınmış mətbu orqanlarına da istinad edir.

Bakıvaxtı.az olaraq Editor.az-dakı həmkarlarımızı təbrik edir, onlara yeni-yeni uğurlar arzulayırıq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026