• Bakı 16° C

    3.77 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Zahid Oruc: “Uşaqlar üçün keyfiyyətli yerli filmlərin sayı çox azdır”

SİYASƏT, MƏDƏNİYYƏT

20 Fevral 2026 | 12:04 | Müəllif: Əli Hüseynov

Zahid Oruc: “Uşaqlar üçün keyfiyyətli yerli filmlərin sayı çox azdır”

Uşaqlar üçün keyfiyyətli filmlərin azlığı təkcə kino sənayesinin deyil, eyni zamanda mədəniyyət, təhsil və istehsal infrastrukturunun birgə üzləşdiyi ümumi problemdir.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında parlamentin üzvü Zahid Oruc deyib.

Deputat qeyd edib ki, Azərbaycanda yerli uşaq filmləri əsasən serial, animasiya və verilişlər şəklində istehsal olunur, tammetrajlı filmlər isə nadir hallarda hazırlanır. “Hazırlanan məzmunların bir qismi zəif ssenarili və yalnız əyləncə xarakteri daşıyır. Milli dəyərlərimizi və tariximizi gələcək nəsillərə ötürən əsərlər isə çox azdır”, – Oruc əlavə edib.

O, həmçinin xarici istehsallardan nümunə gətirərək Pixar və DreamWorks Animation studiyalarının yüksək keyfiyyət standartlarını vurğulayıb. Oruc bildirib ki, yerli istehsal həmin səviyyəyə çatmasa da, müəyyən standartlara yaxınlaşmaq mümkündür.

Milli Məclisin üzvü uşaq psixologiyası, pedaqogika və audiovizual sahədə ixtisaslaşmış kadr çatışmazlığına diqqət çəkib və bildirib ki, uşaqların daha çox xarici məzmuna maraq göstərməsi milli dəyərlərin və estetik dünyagörüşün formalaşmasına təsir edir.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR