• Bakı 20° C

    7.44 m/s

Şokaladın içində qızıl keçirmək cəhdinin qarşısı alındı

HADİSƏ

12 Sentyabr 2025 | 11:27

Şokaladın içində qızıl keçirmək cəhdinin qarşısı alındı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları şokaladların içərisində gizlədilən qızılın gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısını alıb.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, Bakı–İstanbul aviareysi ilə gedən Azərbaycan Respublikası vətəndaşına məxsus çamadan gömrük nəzarət zonasından keçərkən monitorda şübhəli təsvirlər müşahidə edilib.

Yoxlama zamanı ona məxsus əl yükündəki 32 ədəd şokaladın içərisindən, qırıntı şəklində hopdurulmuş, ümumilikdə 240 qram qızıl aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Şokaladın içində qızıl keçirmək cəhdinin qarşısı alındıŞokaladın içində qızıl keçirmək cəhdinin qarşısı alındı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Oktyabr 2026