• Bakı 20° C

    2.24 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Ruanda Prezidenti: Bizim sistem "ASAN xidmət" modelindən çox faydalana bilər

SİYASƏT

20 Sentyabr 2025 | 17:00 | Müəllif: Gülşən Şərif

Ruanda Prezidenti: Bizim sistem "ASAN xidmət" modelindən çox faydalana bilər

 Ruandanın sistemi "ASAN xidmət" modelindən çox faydalana bilər.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ruanda Prezidenti Pol Kaqamen Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatı zamanı deyib.

O bildirib ki, Azərbaycanın ərsəyə gətirdiyi dövlət xidmətlərinin göstərilməsi mexanizmi olan "ASAN xidmət"in necə işlədiyinin şahidi olmağını səbirsizliklə gözləyir:

"Bizim sistem "ASAN xidmət" modelindən çox faydalana bilər. Mənə deyilənə görə, bu sistem, sadəcə, görünüşünə görə yox, hansı nailiyyətləri əldə etməsi və insanlara nəyi verməsi baxımından çox böyük təsir bağışlayır. Biz bu sistemin gücləndirilməsini təmin etmək istəyirik".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR