• Bakı 28° C

    4.79 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Hərbi prokuror Müdafiə Nazirliyinin xüsusi təyinatlıları ilə görüşüb

SİYASƏT

20 Oktyabr 2025 | 14:55 | Müəllif: Əli Hüseynov

Hərbi prokuror Müdafiə Nazirliyinin xüsusi təyinatlıları ilə görüşüb

Hərbi prokuror Bəhruz Əhmədov Vətən müharibəsinin beşinci ildönümü ilə bağlı Müdafiə Nazirliyinin xüsusi təyinatlıları ilə görüşüb.

Bu barədə Bakıvaxtı.az-a Hərbi Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşməsindən, eləcə də əldə olunan şanlı qələbədən danışılıb.

Xüsusi təyinatlılar daim Ali Baş Komandanın tapşırıqlarını icra etməyə və ərazilərimizi qorumağa hazır olduqlarını bildiriblər.

Ardınca Xüsusi təyinatlıların nümunəvi döyüş hərəkətləri nümayiş etdirilib.

Tədbirin sonunda xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim olunub və xidməti fəaliyyətdə uğurlar arzulanıb


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026