• Bakı 21° C

    1.5 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

2026-cı il üçün xidmət xərcləri üzrə yeni PROQNOZ

SİYASƏT

19 Noyabr 2025 | 11:58 | Müəllif: Əli Hüseynov

2026-cı il üçün xidmət xərcləri üzrə yeni PROQNOZ

2026-cı ildə dövlət borcuna xidmət xərclərinin 2,5 milyard manat olacağı gözlənilir. Gələn il üçün daxili borclanmanın yuxarı həddi 2 milyard manat, xarici borclanmanın limiti 6 milyard manat, dövlət zəmanətlərinin maksimum məbləği isə 3 milyard manat olaraq təklif edilir.

Bakıvaxtı.az bildirir ki, bu barədə maliyyə naziri Sahil Babayev Milli Məclisdə “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı məlumat verib.

Nazirin sözlərinə görə, Azərbaycan dövlət borcunun ÜDM-ə nisbətinə görə ən aşağı göstəricilərə malik ölkələr sırasındadır. O bildirib ki, xarici borcun ümumi borcdakı payı 32,8 % təşkil edir ki, bu da borc portfelinin məzənnə və xarici bazar risklərinə həssaslığını azaldır.

Cari ildə həyata keçirilən tədbirlər nəticəsində dövlət istiqrazlarının orta müddəti 2,4 dəfə artaraq 3,5 ilə yüksəlib, 7 və 10 illik istiqrazların portfeldəki çəkisi isə 30 faiz bəndi artıb. Bu dəyişikliklər yenidən maliyyələşdirmə və ödəniş yükünün daha səmərəli idarə olunmasına şərait yaradır.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026