• Bakı 15° C

    0.3 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Polisdən motosiklet, velosiped və skuter sürücülərnə MÜRACİƏT

CƏMİYYƏT

09 Iyul 2025 | 17:26 | Müəllif: Əli Hüseynov

Polisdən motosiklet, velosiped və skuter sürücülərnə MÜRACİƏT

İkitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə polis əməkdaşları nəzarət və profilaktik tədbirləri gücləndirilmiş şəkildə davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, yol hərəkəti qaydalarını pozan, sürət həddini aşan, təhlükəli manevr edən, qırmızı işıqda keçən sürücülər müəyyən olunur və onlarla maarifləndirici söhbətlər aparılır. Sürücülərə qanunvericiliyin tələbləri izah edilir, qayda pozuntularının digər hərəkət iştirakçılarına yaratdığı təhlükələr diqqətə çatdırılır.

Polis motosiklet, moped, skuter və velosiped sürücülərinə müraciət edərək diqqətə çatdırır ki, təhlükəsizlik şəxsi seçim deyil, ictimai məsuliyyətdir, hər kəs qaydalara əməl etməlidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Oktyabr 2026