• Bakı 17° C

    0.75 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Kanala yıxılan şəxsi belə xilas etdilər - VİDEO

HADİSƏ

31 Iyul 2026 | 21:00 | Müəllif: Subhan Mahmudov

Kanala yıxılan şəxsi belə xilas etdilər - VİDEO

Qarabağ suvarma kanalının Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisindən keçən hissəsində vətəndaş kanala yıxılaraq köməksiz vəziyyətdə qalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş ehtiyatsızlıqdan kanala yıxılaraq köməksiz vəziyyətdə qalıb.

Vətəndaş dalğıc-xilasedicilər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə çıxarılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR