• Bakı 15° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Şahnaz Bəylərqızı ev dustaqlığına buraxıldı

HADİSƏ

26 Fevral 2025 | 13:07

Şahnaz Bəylərqızı ev dustaqlığına buraxıldı

Məhkəmə həbsdə olan jurnalist Şahnaz Bəylərqızı  (Hüseynova) ilə bağlı qərar verib.

Bakıvaxtı.az APA-ya istinadla xəbər verir ki, bu gün Xətai rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi, ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.

Hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə vəsatəti təmin təmin edib, onun ev dustaqlığına buraxılması barədə qərar verib.

Qeyd edək ki, Şahnaz Bəylərqızı fevralın 5-də saxlanılıb.

Xətai rayon Məhkəməsi onun barəsində 3 ay 15 gün müddətində həbs-qətimkan tədbiri seçib.

Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və digər maddələri ilə ittiham irəli sürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Oktyabr 2026