• Bakı 18° C

    4.15 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

İstanbul danışıqları nəticəsində vətəninə qayıdanların sayı açıqlandı

DÜNYA

03 Fevral 2026 | 11:51 | Müəllif: Əli Hüseynov

İstanbul danışıqları nəticəsində vətəninə qayıdanların sayı açıqlandı

İstanbul danışıqları nəticəsində ötən ilin mayından bəri 2 min 300-dən çox Rusiya və təxminən 2 min 400 Ukrayna hərbçisi, həmçinin, hər iki tərəfdən 170-dən çox mülki şəxs vətənə qaytarılıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Moskva atəşkəsin monitorinqi və humanitar məsələlərin həlli üçün mexanizmlər təklif etsə də, Kiyev prosesi birtərəfli qaydada dayandırıb.

Lavrov Ukraynanın Qərb ilə koordinasiyada danışıqları pozduğunu iddia edib və münaqişədən sonrakı məsələlərə diqqətin yönəldilməsini tənqid edib.

Nazir həmçinin Rusiya–Türkiyə münasibətlərinin 2025-ci ildə də enerji və diplomatik sahələrdə inkişaf etdiyini vurğulayıb.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR