• Bakı 20° C

    2.24 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

İran Prezidenti: "Biz müsəlmanlar ətrafımıza divar çəkirik"

DÜNYA

30 Avqust 2024 | 14:34 | Müəllif: Gülşən Şərif

İran Prezidenti: "Biz müsəlmanlar ətrafımıza divar çəkirik"

"Əgər qardaşıqsa, niyə qardaşlıq etmirik?!".

Bakıvaxtı.az "İRNA"ya istinadən xəbər verir ki, bunu xristian və müsəlmanların qarşılıqlı münasibətlərinə toxunan İran Prezidenti Məsud Pezeşkian deyib.

O, bildirib ki, avropalılar bir-birilərinin üzünə sərhədləri açıblar, vahid valyuta yaradıblar. Müsəlmanlar isə öz arasında divar çəkir.

"Allahın Rəsulu (s)  buyurdu ki, sizin hamınız bir-birinizlə qardaşsınız. Hamınız bir gücsünüz. Əgər qardaşıqsa, niyə qardaşlıq etmirik?! Qardaşlar arasında sülh olmalıdır. Hamımızın aydın bir məqsəd üçün planı olsun, problemləri həll edək və İslam camiəsinin əlaqələrini artıraq", - deyə Pezeşkian qeyd edib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR