• Bakı 12° C

    2.1 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

İki yerə bölünən maşınından xəsarətsiz çıxdı - VİDEO

HADİSƏ

22 Aprel 2024 | 11:50

İki yerə bölünən maşınından xəsarətsiz çıxdı - VİDEO

Mingəçevirdə baş vermiş yol qəzasında avtomobil bir neçə yerə bölünsə də, sürücü heç bir xəsarət almayıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə aprelin 21-nə keçən gecə qeydə alınıb. 2003-cü il təvəllüdlü Elbrus Mansur oğlu Süleymanovun Mingəçevirdən Yevlax istiqamətində idarə etdiyi 62 BN 987 nömrə nişanlı “VAZ 21015” markalı maşın işıq dirəyinə çırpılıb. Daha sonra isə Nəsimi parkı ərazisinə daxil olub.

Hadisədən sonra xəstəxanaya aparılan 21 yaşlı sürücüdə hər hansı xəsarət olmadığından o evə buraxılıb.

Bundan sonra qəza yerinə gələn Elbrus video çəkərək paylaşıb və qəzadan xəsarətsiz, sağ çıxmasına çoxlarının inanmadığını deyib.

Həmin görüntüləri təqdim edirik:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026
03 Oktyabr 2026