• Bakı 20° C

    8.44 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Naxçıvanda top mərmisi tapılıb - VİDEO

HADİSƏ

22 May 2024 | 09:30

Naxçıvanda top mərmisi tapılıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikasının Culfa rayonu, Darıdağ massivində sursat aşkar edilməsi barədə məlumat daxil olub.

Bakıvaxtı.az nazirliyin saytına istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin minalardan təmizləmə üzrə pirotexnik qrupu hadisə yerinə cəlb edilib.

    Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd 76 mm-lik top mərmisi olduğu müəyyən edilib.

    Sursat pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

    Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

     


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    01 Oktyabr 2026