• Bakı 20° C

    2.89 m/s

HƏMAS-dan Fələstinin tanınmasına REAKSİYA

DÜNYA

21 Sentyabr 2025 | 23:14 | Müəllif: Subhan Mahmudov

HƏMAS-dan Fələstinin tanınmasına REAKSİYA

Avstraliya, Böyük Britaniya və Kanada tərəfindən Fələstinin tanınması mühüm addımdır, lakin bu, bu dövlətlərin hakimiyyət orqanlarının əməli hərəkətləri ilə müşayiət olunmalıdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə HƏMAS hərəkatı məlumat yayıb.

"Fələstinin müstəqilliyinin tanınması mühüm addımdır, lakin bundan sonra Qəzzada müharibənin dərhal dayandırılması və İordan çayının qərb sahilinin ilhaqının qarşısının alınması üçün əməli tədbirlər görülməlidir", - məlumatda deyilib.

Qeyd edək ki, sözügedən üç dövlət Fələstin dövlətini tanıyıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Oktyabr 2026