• Bakı 26° C

    2.2 m/s

  • USD - 1.7

    EUR - 1.9456

    RUB - 2.1745

Direktorların işə qəbulu üzrə müsahibələrə start verilir

CƏMİYYƏT

21 Iyul 2026 | 17:37

Direktorların işə qəbulu üzrə müsahibələrə start verilir

İyulun 22-dən etibarən direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə aidiyyəti qurum məlumat yayıb.

Bildirilib ki, müsahibələr 29 iyun–8 iyul 2026-cı il tarixlərində ərizə qəbulu mərhələsi keçirilmiş direktorların işə qəbulu üzrə müsabiqə çərçivəsində təşkil olunacaq.

Məlumata görə, müsahibələr ilkin mərhələdə şagird sayı 500-dək olan ümumi təhsil müəssisələri üzrə şəhər və regional təhsil idarələri tərəfindən həyata keçiriləcək.

Qeyd olunub ki, namizədlərin müsahibə mərhələsinə dəvəti müsabiqə qaydalarına uyğun olaraq ardıcıllıq prinsipi əsasında, uyğun namizəd müəyyən edilənədək davam etdiriləcək.

Müsahibə zamanı namizədlər komissiya üzvləri tərəfindən 7 əsas meyar üzrə qiymətləndiriləcəklər. Bu meyarlara liderlik və strateji idarəetmə, pedaqoji və tədris fəaliyyəti, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji bacarıqlar, həmçinin sosial və emosional bacarıqlar daxildir.

Həmçinin bildirilib ki, müsahibə mərhələsinə dəvətlə bağlı məlumatlar mərhələli şəkildə namizədlərin şəxsi səhifələrinə göndərilir. Namizədlərə şəxsi kabinetlərini mütəmadi olaraq izləmələri tövsiyə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR