• Bakı 26° C

    2.2 m/s

  • USD - 1.7

    EUR - 1.9456

    RUB - 2.1745

Həmyerlilərimiz Gürcüstandan deport edildi

SİYASƏT

21 Iyul 2026 | 13:08

Həmyerlilərimiz Gürcüstandan deport edildi

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi son günlər həyata keçirilən tədbirlər nəticəsində azərbaycanlılar da daxil olmaqla 102 əcnəbini ölkədən deportasiya edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan DİN-in sosial şəbəkə hesabında açıqlama verilib.

Məlumata görə, idarə tərəfindən həyata keçirilən kompleks tədbirlər zamanı Pakistan, Türkmənistan, Özbəkistan, Hindistan, Azərbaycan, Türkiyə, Rusiya, Tailand, Filippin, Əlcəzair, Misir, İordaniya, Sudan, Livan, Nigeriya, Çin, Qazaxıstan və digər ölkələrin vətəndaşları ölkədən çıxarılıblar.

Mövcud qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin yenidən ölkəyə girişinə qadağa qoyulub.

Son zamanlar Gürcüstanda qanunsuz miqrantlara qarşı ciddi tədbirlər görülür. Ölkə parlamenti miqrasiya qanunlarını sərtləşdirərək, deportasiya və miqrantların yoxlanılması proseslərini daha da sadələşdirib. Cari ilin əvvəlindən etibarən 2300-dən artıq xarici vətəndaş ölkədən deportasiya olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR