"Neftçi"nin futbolçuları Dinamo"ya qalib gəlmək üçün əllərindən gələni edəcəklər.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə "Neftçi"nin baş məşqçisi Yuri Vernidub mətbuat konfransında deyib.
Ukraynalı mütəxəssis Bakıda Belarusun "Dinamo" komandasına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu haqqında fikirlərini bölüşüb:
"Neftçi"nin yaranmasının 90-cı ilində çempion olmasını istəyirəm. Komanda buna layiqdir. Digər arzumuz Konfrans Liqasında əsas mərhələyə vəsiqə qazanmaqdır. Bunları reallaşdırmaq üçün bizə zaman lazımdır. "Dinamo" hazırda ölkəsinin lideridir. Çempionatları davam edir. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik. İlk növbədə bu raundu keçməli, sonra digərləri haqqında düşünməliyik".
Xatırladaq ki, "Neftçi" - "Dinamo" matçı iyulun 22-də, saat 20:00-da "Palms Sports Arena"da baş tutacaq. Cavab görüşü iyulun 30-da keçiriləcək.
Bakı 



