İranın Fransadakı müvəqqəti işlər vəkili iyulun 19-da Tehranda çalışan iki fransız diplomata edilən hücumla əlaqədar olaraq ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.
"Ona bu hücumu qəti şəkildə qınadığımız bildirilib. Fransa İran hakimiyyətinin bu hadisəyə aydınlıq gətirəcəyini, günahkarları cəzalandıracağını və beynəlxalq öhdəliklərinə uyğun olaraq öz obyektlərinin və agentlərinin təhlükəsizliyini təmin edəcəyini gözləyir", - məlumatda qeyd edilib.
Daha əvvəl Fransanın XİN rəhbəri Jan-Noel Barro iranlı həmkarı Abbas Əraqçini insident barədə məlumatlandırdığını bildirib.
Bakı 



