Aparıcı Saleh Bağırov qızı Nərgizin doğum gününü münasibətilə paylaşım edib.
Bakıvaxtı.az xəbər verir ki, o, sosial şəbəkə hesabında qızı ilə fotolarını paylaşaraq duyğusal təbrik yazıb.
“Düz 9 il əvvəl bu möcüzə qız işıq saçdı həyatımıza. Düz 9 ildir ki, ömrümüzü bəzəyirsən. Gözəl qızım, sən doğulan gün elə güclü külək var idi ki, aləm uçulurdu. İndi düşünürəm ki, heç nə elə-belə deyil. Demə, xasiyyətin də külək kimidir – gah xəzri, gah gilavar. Amma bir şeyi lap dəqiq bilirəm: sən bizim ailəmiz üçün təbiətin ən gözəl hadisəsi, ən sərin mehi, ən təmiz ürəkli mələyi, ən şehli çiçəyisən. Günün mübarək! Xoşbəxt, sağlam yaşa, balam” deyə, Saleh bildirib.
Bakı 





