• Bakı 12° C

    1.9 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Cəbrayılda “Qız Qalası” hidroqovşağında meyit tapıldı

HADİSƏ

29 Iyul 2022 | 14:10

Cəbrayılda “Qız Qalası” hidroqovşağında meyit tapıldı

İyulun 20-də, saat 15 radələrində Araz çayının işğaldan azad edilmiş Cəbrayıl rayonunun, Xələfli qəsəbəsi ərazisindən keçən hissəsində salınmış “Qız Qalası” hidroqovşağında təxminən 25-30 yaşlarında, hər iki qol və ayaqları plastmas qandalla bağlanmış vəziyyətdə naməlum kişi meyiti tapılıb.

Cəbrayıl rayon prokurorluğundan Bakıvaxtı.az-a verilən məlumata görə, faktla bağlı Cəbrayıl rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Meyitin xarici zamanı müəyyən edilib ki, boyu 176 sm, qarnın aşağı üçdə bir hissəsində qara rəngdə üzərində sarı metaldan muncuqları olan qadın şalı bədəninə düyünlənərək bağlanmış, əynində isə “XL” ölçüdə, ön hissəsində “Reebok” yazısı olan çəhrayı rəngli köynək vardır.

Göstərilən əlamətlərə uyğun gələn naməlum kişi meyitinin şəxsiyyətinin müəyyən edilməsi üçün məlumatı olan vətəndaşlardan Cəbrayıl rayon prokurorluğu ilə (026 – 384 – 39 – 03; mob: 055 – 964 – 84 – 81) əlaqə saxlamaları xahiş olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026
03 Oktyabr 2026