• Bakı 14° C

    7.9 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Sumqayıtda 22 yaşlı gənc qətlə YETİRİLDİ

HADİSƏ

27 Avqust 2022 | 15:32 | Müəllif: Subhan Mahmudov

Sumqayıtda 22 yaşlı gənc qətlə YETİRİLDİ

Avqustun 27-i saat 13 radələrində Sumqayıt şəhəri ərazisində 2000-ci il təvəllüdlü Pərvin Dadaşovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 2000-ci il təvəllüdlü Səftər Bünyətovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Pərvin Dadaşovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Səftər Bünyətov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq tədbirləri davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Oktyabr 2026