Ermənistanın 10 idmançısı Bakıda keçirilən yarışlarda iştirak edir.
Bakıvaxtı.az Globalinfo,az-a istinadən xəbər verir ki, bunu erməni jurnalist, bloger Natali Aleksanyan qeyd edib.
“Xatırladım ki, 2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunları zamanı Azərbaycan Prezidenti İlham Əliyev gümüş medalı erməni əsilli boksçu Gevorq Manukyana təqdim etmişdi. Zalda narazılıq səsləri eşidiləndə Əliyev sadəcə əl işarəsi ilə iştirakçıları susdurmuşdu.
Bu səhnə bir çoxları tərəfindən idmançıya göstərilən hörmət nümunəsi kimi qiymətləndirildi və onun öz cəmiyyəti üzərində nə qədər böyük nüfuza malik olduğunu göstərdi.
Ermənistan müxalifətinin Azərbaycan dövləti haqqında sayıqlamalarını eşitsəm, yaxanızı əlimdən qurtara bilməyəcəksiniz. Öncədən xəbərdarlıq edirəm!”, – bloger bildirib.
Qeyd edək ki, Natali Aleksanyan daim Azərbaycanı müdafiə etməsi ilə tanınır.
Bakı 



