Elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı, eləcə də satış məqsədilə saxlanılması ilə bağlı cərimələr rəsmən artırılıb.
Bakıvaxtı.az xəbər verirk i, bu dəyişiklik bu gündən qüvvəyə minib.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər Milli Məclisin iclasında müzakirə olunaraq üçüncü oxunuşda qəbul edilib.
Yeni qaydalara əsasən:
- Elektron siqaret və onların hissələri inzibati xətanın bilavasitə obyekti olduqda müsadirə ediləcək;
- Fiziki şəxslər üçün: 350 – 500 manat cərimə;
- Vəzifəli şəxslər üçün: 1 650 – 2 200 manat cərimə;
- Hüquqi şəxslər üçün: 4 000 – 5 000 manat cərimə müəyyən edilib.
Beləliklə, elektron siqaretlərin qeyri-qanuni dövriyyəsi ilə bağlı sərtləşdirilmiş cərimələr 1 aprel 2026-cı ildən etibarən tətbiq olunur.
Murad İsmayıl
Bakı 




