• Bakı 12° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0898

“Müdrik davransalar, razılığa gələ bilərlər”

DÜNYA

31 Mart 2026 | 18:57

“Müdrik davransalar, razılığa gələ bilərlər”

ABŞ-nin müdafiə naziri Pit Heqset bildirib ki, İran hakimiyyəti müdrik olsa, razılığa gələ bilərlər.

Bakıvaxtı.az xəbər verir ki, o bu haqda brifinqdə danışıb.

“Yeni rejim - rejim dəyişikliyindən bəri - əvvəlkindən daha müdrik olmalıdır. ABŞ Prezidenti Donald Tramp saziş bağlayacaq. O, hazırdır və onlar sazişin şərtlərini bilirlər”, - Pentaqon rəhbəri qeyd edib.

Heqset xəbərdarlıq edib ki, İran razılaşmadan imtina edərsə, ABŞ hücumlarını gücləndirəcək.

Pentaqon rəhbəri şəxsən Yaxın Şərqə səfər etdiyini və İrana qarşı hərbi əməliyyatın gedişatını izləmək üçün orada yerləşən Amerika hərbçiləri ilə görüşdüyünü bildirib.

 


SON XƏBƏRLƏR