• Bakı 11° C

    4.71 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0898

Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir

DÜNYA

31 Mart 2026 | 20:05

Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir

Böyük Britaniya müttəfiq ölkələrin təhlükəsizliyini gücləndirmək məqsədilə Yaxın Şərq regionuna əlavə hərbi qüvvələr göndərir.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı Sky News yayıb. Bildirilir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Con Hili açıqlama verib.

Nazirin sözlərinə görə, görülən tədbirlər çərçivəsində Səudiyyə Ərəbistanında “Sky Sabre” hava hücumundan müdafiə sistemi yerləşdiriləcək. Eyni zamanda, Qətərdə “Typhoon” qırıcılarının fəaliyyəti uzadılacaq.

Bundan əlavə, Bəhreyn və Küveytə əlavə hərbi bölmələr və hava hücumundan müdafiə sistemləri göndərilib.

Con Hili vurğulayıb ki, Böyük Britaniyanın ən güclü hərbi qüvvələri Fars körfəzi regionunda tərəfdaş ölkələrin müdafiəsini təmin etmək üçün səfərbər olunacaq.


SON XƏBƏRLƏR