• Bakı 11° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0898

Tikinti sektoruna 400 milyon manatlıq İNVESTİSİYA

İQTİSADİYYAT

31 Mart 2026 | 16:37

Tikinti sektoruna 400 milyon manatlıq İNVESTİSİYA

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda tikinti sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların dəyəri 386 milyon manat təşkil edib.

Bakıvaxtı.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 12,5% azdır.

Sözügedən sahə üzrə əsas kapitala yönəldilmiş investisiyaların yekunda xüsusi çəkisi 15,8%-ə bərabər olub.

Dövr ərzində tikinti sektoruna yönəldilmiş investisiyalardan 297,7 milyon manatı mənzi tikintisi üzrə olub ki, bu da illik müqayisədə 31,4% azdır. Mənzil tikintisi üzrə əsas kapitala yönəldilmiş investisiyaların yekunda xüsusi çəkisi 8,5%-ə bərabər olub.

Qeyd edək ki, 2026-cı ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2 milyard 436,4 milyon manat və ya 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 19,4 faiz çox investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 51,4 faiz, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 5,1 faiz çox olub.

Ümumi sərmayənin 1 milyard 434,0 milyon manatı və ya 58,9 faizi məhsul istehsalı sahələrinin, 794,7 milyon manatı (32,6 faizi) xidmət sahələrinin, 207,7 milyon manatı (8,5 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşüb. Ümumi sərmayənin 28,9 faizi dövlət, 71,1 faizi qeyridövlət sektorunun sərmayədarları tərəfindən qoyulub.

Sərmayə qoyuluşunun 53,3 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın dəyəri ümumi sərmayənin 73,1 faizini təşkil edib.


SON XƏBƏRLƏR