Tatarıstandakı "Nijnekamskneftekim" zavodunda baş verən partlayış nəticəsində 72 nəfər yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə şirkətdən bildirilib.
Onlardan 8 nəfər xəstəxanaya yerləşdirilib, 64 nəfər yüngül xəsarət alıb.
Bundan əlavə, bildirilib ki, fövqəladə hadisə nəticəsində iki nəfər ölüb.
Daha əvvəl üç nəfərin həlak olduğu barədə məlumat verilmişdi.
***
16:45
Tatarıstanın Nijnekamsk şəhərində neft emalı zavodunda güclü partlayış baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Nijnekamsk şəhərinin meri Radmir Belyaev bildirib.
Mer qeyd edib ki, yanğın artıq lokallaşdırılır.
Məlumata görə, müəssisənin ərazisində binalar zədələnib.
Hadisə nəticəsində 3 nəfər ölüb, 58 nəfər yaralanıb.
Bakı 




