• Bakı 11° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0898

Azərbaycanın U-21 millisi səfər matçında xal qazandı

İDMAN

31 Mart 2026 | 22:32

Azərbaycanın U-21 millisi səfər matçında xal qazandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Bakıvaxtı.az xəbər verir ki, səfərdə Bolqarıstan komandası ilə üz-üzə gələn Rəşad Eyyubovun baş məşqçisi olduğu kollektiv rəqibi ilə qolsuz bərabərə qalıb.

Meydan sahiblərinin heyətində Qeorqiy Çorbadjiyski 82-ci dəqiqədə ikinci sarı vərəqənin ardından qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub.

Qarşılaşma Plovdiv şəhərində baş tutub.

Xatırladaq ki, U-21 altı komandanın yer aldığı B qrupunda 6 xalla beşinci pillədə qərarlaşıb. Meydan sahibləri 11 xalla dördüncüdür.


SON XƏBƏRLƏR

31 Mart 2026