İş adamı və keçmiş “AST Şirkətlər Qrupu”nun qurucusu Telman İsmayılovdan xəbər var.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, o hazırda Monteneqro şəhərində yaşayır.
Mənbənin bildirdiyinə görə, “AST Telman” bir neçə ölkədə fəaliyyət göstərən biznes şəbəkələrini genişləndirməklə məşğuldur. Səhhəti yaxşıdır.
Qeyd edək ki, 2023-cü ildə Monteneqro hökuməti ona siyasi sığınacaq verdiyi üçün Telman İsmayılovu Rusiyaya ekstradisiya etmək mümkün deyil və bu səbəbdən o hüquqi baxımdan Monteneqroda qalır.
Murad İsmayıl
Bakı 




