• Bakı 11° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0898

Bayram günlərində 31 nəfər zəhərlənib

CƏMİYYƏT

31 Mart 2026 | 17:05

Bayram günlərində 31 nəfər zəhərlənib

Bayram günləri ilə əlaqədar qeyri-iş günlərində (20-30 mart tarixlərində) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 31 müraciət daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Mərkəzdən məlumat verilib.

Qeyd olunub ki, müraciət edənlərdən 12-si dərman, 1-i siçan dərmanı (rodensit), 1-i dəm qazı, 2-si fosfor üzvi birləşmələrdən, 3-ü anafilaktik şokdan, 3-ü allergik reaksiyadan, 9-u isə sirkə turşusundan zəhərlənən şəxslər olub.

Pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib və onlar ambulator müalicə üçün evə buraxılıblar./report


SON XƏBƏRLƏR