• Bakı 11° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0898

Türkiyə olmadan Avropa Suriyada uğur qazana bilməz - AÇIQLAMA

SİYASƏT

31 Mart 2026 | 16:49

Türkiyə olmadan Avropa Suriyada uğur qazana bilməz - AÇIQLAMA

Londonda Suriya prezidenti Əhməd əş-Şaraa Böyük Britaniyanın baş naziri Keyr Starmer ilə görüşüb. Görüş zamanı iki ölkə arasında diplomatik əlaqələrin inkişaf etdirilməsi, regional məsələlər və ikitərəfli əməkdaşlıq mövzuları müzakirə olunub.

Məlumata görə, tərəflər Suriya ilə Böyük Britaniya arasında iqtisadi və siyasi sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını da nəzərdən keçiriblər.

Əhməd əş-Şaraanın Londonda Böyük Britaniyanın baş naziri Keyr Starmerlə keçirdiyi görüş fonunda, Suriya ilə Qərb ölkələri arasında münasibətlərin mümkün normallaşması regionda siyasi balansı necə dəyişə bilər?

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan politoloq Tural İrfan bildirib ki, Suriya prezidenti ağıllı və çox təmkinli adamdır. Müdrik siyasət aparmağa çalışır. Çətin bölgədə, dağılmış bir ölkəyə rəhbərlik edir. Qərb ölkələri, xüsusən Avropa ilə sıx əməkdaşlıq Suriyanın gələcəyinə fayda gətirəcək:

"Əvvəlki rejimdən fərqli olaraq Əhməd əş-Şaraanın praqmatik addımları regionda da siyasi balansın dəyişməsinə gətirə bilər. Əsasən Türkiyə mehvərli bir ab-havanın Yaxın Şərqdə hökm sürməsi sülh və sabitlik deməkdir. Bunun üçün də İsrailin təxribatlarından, qanunsuz işğallarından müəyyən qədər qorunmaq üçün Britaniya kimi Qərb dövlətləri ilə Suriyanın yaxınlaşmasından fayda vardır. Hərçənd ki, İsrail üçün hazırki Suriya hakimiyyəti sərf etmir. Çünki Suriyadakı sülh şəraiti İsrailin işğal həyata keçirməsinə şərait yaratmır. Həm də Suriyada sabitlik davamlı olsa bu da inkişaf deməkdir ki, İsrail əsla qonşuşuqda belə bir dövlət görmək istəmir. Çünki hamısını işğal etmək üçün ayrıca planı var".

Müsahibimizin sözlərinə görə, əgər Suriya da daxil olmaqla bu dövlətlər suverenliyini bərpa edib güclü hakimiyyət qurarsa "Böyük İsrail" planının icrasına maneə yarana bilər. Hər bir halda Suriya Qərbin maraqlarına cavab verən siyasət yürütsə, Britaniya sayəsində müəyyən toxunmazlıq əldə edəcəyini düşünmək də yanlış olardı:

"Çünki Qərb ölkələri yalnız öz maraqlarını düşünürlər, qarşı tərəfin deyil. Qarşılıqlı maraqlar yalnız iqtisadi sahədə ola bilər. Hərbi, təhlükəsizlik məsələlərində Qərbə etibar etmək olmaz. Suriyada daxili sabitliyi də İsrail pozmağa çalışır. Əgər bunun qarşısı alınsa, Suriya inkişaf edə bilər. Təbii ki, Türkiyənin regiondakı liderliyi bölgənin təhlükəsizliyini təmin edə bilər. Odur ki, Suriyanın Avropa ölkələri ilə istənilən münasibətləri Türkiyə ilə balanslı aparılır. Əgər İsrailin qarşısında Türkiyə durmazsa, Avropa ölkələri Suriyada heç nəyə nail ola bilməz, əlaqələrin də faydası olmaz".

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR