• Bakı 11° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0898

Onlarla avtomobilə ziyan dəyib - Zərəri kim ödəməlidir? - VİDEO

CƏMİYYƏT

01 Aprel 2026 | 00:35

Onlarla avtomobilə ziyan dəyib - Zərəri kim ödəməlidir? - VİDEO

Azərbaycanda intensiz yağış səbəbindən bəzi yollarda fəsadlar əmələ gəlib, nəticədə onlarla avtomobilə ziyan dəyib, sürücülər maddi zərərə uğrayıb.

Bakıvaxtı.az Xəzər TV-yə istinadən bildirir ki, normadan artıq yağan yağış bəzi yollarda fəsadlara da səbəb olub.

Nəticədə əmələ gələn çökmələr və çuxurlar sürücülər üçün sözün həqiqi mənasında tələ əmələ gətirib. Bir çox sürücünün avtomobili belə yollarda nasaz vəziyyətə düşüb.

Bəs, dəyən zərəri kim qarşılayacaq?  Sürücülər arasında aparıdğımız sorğudan belə aydın oldu ki, çökən yollarda avtomobilə dəyən ziyanı elə özləri qarşılayıblar.

Qanuna əsasən isə, yolda yaranan çökmə, maneə və ya aididyyəti qurumun həll etmədiyi bir problem səbəbindən avtomobilə ziyan dəyirsə, bu halda zərəri həmin qurum qarşılamalıdır.

Ekspert Eldəniz Cəfərovun sözlərinə görə, bunun üçün həmin sürücü aidiyyəti quruma mürcaiət etməlidir.

Ekspert onu da qeyd edib ki, əgər zərərin qarşılanmasından imtina edilərsə, bu zaman vətəndaş məhkəməyə müraciət edə bilər. Əsas məsələ isə həmin problemə cavabdeh olan qurumu düzgün müəyyən etməkdir.

Daha ətraflı videomaterialı təqdim edirik.
 


SON XƏBƏRLƏR

31 Mart 2026