• Bakı 15° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Biləsuvardakı yol qəzasında ölən və xəsarət alanların ADLARI - YENİLƏNİB

HADİSƏ

15 May 2024 | 11:11

Biləsuvardakı yol qəzasında ölən və xəsarət alanların ADLARI - YENİLƏNİB

Biləsuvar rayonunda baş verən yol qəzasında xəsarət alanların sayı 4-ə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, hazırda yaralılara rayon mərkəzi xəstəxanasında tibbi yardım göstərilir.

Qəza nəticəsində Biləsuvar rayon sakini, 1965-ci il təvəllüdlü Xaləddin Səmədov ölüb.

Bundan başqa, rayon sakinləri, 1996-ci il təvəllüdlü İlham İlham oğlu Gözəlbəyli, 1988-ci il təvəllüdlü Şahin Mehman oğlu Talıbov, 1969-cu il təvəllüdlü Azər Xanlar oğlu Həsənov və 1961-ci il təvəllüdlü Zülfüqar Bəyan oğlu Nuruyev yaralanıb.

Ölən və yaralıların yol istismar idarəsinin əməkdaşları olduğu bildirilir.

***

10:05

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar-Bəhramtəpə yolunun Ağayrı kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb. Yaralılar rayon xəstəxanasına çatdırılıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Oktyabr 2026