• Bakı 18° C

    1 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Bakıda vəzifəli şəxs avtomobillə 47 yaşlı qadını vurub öldürdü

HADİSƏ

11 Oktyabr 2024 | 10:32

Bakıda vəzifəli şəxs avtomobillə 47 yaşlı qadını vurub öldürdü

Nərimanov rayon Məhkəməsində bu il fevralın 18-də Koroğlu Rəhimov küçəsində törədilmiş ağır yol qəzası ilə bağlı məhkəmə prosesi başa çatıb.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, 1977-ci il təvəllüdlü Nuridə Həsənovanın həyatını itirdiyi hadisəyə görə açılmış cinayət işi üzrə Respublika Olimpiya Mərkəzində müdir müavini olan 1980-ci il təvəllüdlü A.S təqsirli bilinib. 

Məhkəmədə bildirilib ki, A.S “Kia Sportage” markalı avtomobillə yol hərəkəti qaydalarını pozub və yolu keçməyə çalışan qadını vurub. Ağır xəsarətlər alan qadın xəstəxanada vəfat edib.

Mərhumun yaxınları vəzifəli şəxsin onlara maddi dəstək olduğunu bildiriblər və təqsirləndirilən şəxsdən şikayətçi olmayıblar.

Nərimanov rayon Məhkəməsi müdir müavinini Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə təqsirli bilərək məhkum edib.

O, 3 il azadlıqdan məhrum edilib. Əlavə olaraq sürücülük vəsiqəsi 1 il 6 ay müddətə məhdudlaşdırılıb. A.S-in cəzasını məntəqə tipli müəssisədə çəkməsi hökmdə qeyd edilib.

Kərim Abbaszadə


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Oktyabr 2026