• Bakı 23° C

    5.04 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Azərbaycanın Montrö festivalında iştirakı xüsusi caz proqramı ilə yekunlaşıb - FOTO

MƏDƏNİYYƏT

15 Sentyabr 2026 | 11:37 | Müəllif: Əli Hüseynov

Azərbaycanın Montrö festivalında iştirakı xüsusi caz proqramı ilə yekunlaşıb - FOTO

Sentyabrın 14-də “Auditorium Stravinski”də keçirilən qala konsertindən sonra Azərbaycan caz sənətinə həsr olunmuş konsert proqramı təqdim edilib.

Bakıvaxtı.az xəbər verir ki, konsertdə tanınmış caz pianoçusu və bəstəkar İsfar Sarabski öz triosu – kontrabas ifaçısı Makar Novikov və zərb alətləri ifaçısı Amir Bresler ilə çıxış edib.

    Proqramda İsfar Sarabskinin “Horses of Garabagh”, “Around the Thread”, “BTS (Behind Train Station) Blues”, “Planet” və “G-Man” əsərləri, həmçinin Klod Debüssinin “Clair de Lune” əsərinin caz aranjimanı səsləndirilib. “Horses of Garabagh” kompozisiyasında trioya tarzən Şəhriyar İmanov qoşulub.

    Konsert çərçivəsində Səid Rüstəmovun “Hardasan” mahnısı Əməkdar artist Sevda Ələkbərzadənin, “Ay Laçın” Azərbaycan xalq mahnısı isə İlkin Dövlətovun ifasında təqdim olunub.

    Beləliklə, festival çərçivəsində Azərbaycanın iştirakı milli rəqs, klassik musiqi, muğam və cazı əhatə edən çoxşaxəli proqramla başa çatıb.

    Foto


    Azərbaycanın Montrö festivalında iştirakı xüsusi caz proqramı ilə yekunlaşıb - FOTOAzərbaycanın Montrö festivalında iştirakı xüsusi caz proqramı ilə yekunlaşıb - FOTOAzərbaycanın Montrö festivalında iştirakı xüsusi caz proqramı ilə yekunlaşıb - FOTOAzərbaycanın Montrö festivalında iştirakı xüsusi caz proqramı ilə yekunlaşıb - FOTOAzərbaycanın Montrö festivalında iştirakı xüsusi caz proqramı ilə yekunlaşıb - FOTOAzərbaycanın Montrö festivalında iştirakı xüsusi caz proqramı ilə yekunlaşıb - FOTO
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    18 Sentyabr 2026