• Bakı 22° C

    5.09 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Azərbaycan-Əlcəzair Birgə Komissiyasının ilk iclası keçiriləcək

    SİYASƏT

    08 Sentyabr 2026 | 17:21 | Müəllif: Günəş Mərd

    Azərbaycan-Əlcəzair Birgə Komissiyasının ilk iclası keçiriləcək

    Energetika naziri Pərviz Şahbazovla Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri və karbohidrogenlər naziri Mohamed Arkab arasında videokonfrans formatında görüş keçirilib.

    Energetika Nazirliyindən Bakıvaxtı.az-a bildirilib ki, görüşdə Azərbaycan və Əlcəzair arasında dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə edilib, dövlət başçıları səviyyəsində siyasi dialoqun ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün möhkəm zəmin yaratdığı bildirilib. Enerji sahəsində, o cümlədən OPEC+ çərçivəsində uğurlu əməkdaşlıq, SOCAR ilə “Sonatrach” arasında əlaqələr qeyd olunub. Energetika sahəsində imzalanmış Anlaşma Memorandumu və yaradılmış İşçi Qrupunun fəaliyyətinə toxunularaq karbohidrogenlərlə yanaşı, neft-kimya, elektrik enerjisi və bərpaolunan enerji sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

    Görüşdə, həmçinin Azərbaycan Respublikası ilə Əlcəzair Xalq Demokratik Respublikası arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın ilk iclasının 2027-ci ilin birinci yarısında Azərbaycanda keçirilməsi ilə bağlı hazırlıq məsələləri nəzərdən keçirilib. İkitərəfli əlaqələrin enerji sektoru ilə yanaşı, ticarət, kənd təsərrüfatı, sənaye, əczaçılıq və ali təhsil kimi sahələri də əhatə etməsinin əhəmiyyəti vurğulanıb. Bundan başqa, enerji üzrə İşçi Qrupunun ilk iclasının Birgə Komissiyanın iclasından əvvəl keçirilməsi razılaşdırılıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    18 Sentyabr 2026