• Bakı 21° C

    4.9 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Arvadını qətlə yetirən şəxsə hökm oxundu

HADİSƏ

15 Yanvar 2026 | 11:03

Arvadını qətlə yetirən şəxsə hökm oxundu

Lənkəranda arvadını öldürməkdə təqsirləndirilən Nicat Lələzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Ayşən Vəliyevanın sərdliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Nicat Lələzadə 17 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il avqust ayında Lənkəranda baş verib. Nicat Lələzadə ondan boşanmaq istəyən Əfsanə Lələzadəni aralarında yaranan mübahisə zəminində bıçaqlayıb. Qadın xəstəxanada ölüb.

Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Oktyabr 2026